Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsilin keyfiyyətinə ictimai dəstək və Valideyn Təlim Mərkəzinin yaradılması” layihəsi çərçivəsində növbəti monitorinq

13 oktyabr 2015 | 15:00

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Azərbaycan Valideyn - Müəllim Assosiasiyası” İctimai Birliyinin “Təhsilin keyfiyyətinə  ictimai dəstək və Valideyn Təlim Mərkəzinin yaradılması” layihəsi çərçivəsində növbəti monitorinq və ictimai maarifləndirmə görüşləri 13 oktyabrda İsmayıllı rayonunda  davam etdirilmişdir.
İsmayıllı rayon Lahıc qəsəbə və Təzəkənd tam orta məktəblərində keçirilən görüşlərdə İcra Hakimiyyəti və Rayon təhsil şöbəsinin  nümayəndələri, layihənin eksperti və İB-nin sədr müavini Şahin Rəcəbov, fəal valideynlər, müəllimlər, şagirdlər, məktəb rəhbərləri iştirak ediblər. Çıxış edənlər valideyn-müəllim-şagird əməkdaşlığı . məktəb-ailə münasibətləri mövzuları üzrə ictimai maarifləndirmə görüşlərinin təşkili, mövcud durum və təhsilin keyfiyyətinə dəstək imkanlarının dəyərləndirməsi fikir və təkliflərini irəli sürdülər.

Keçidlər