Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyinin rayonda təlimləri keçirmişdir

17 oktyabr 2015 | 15:00

“Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi 2015-ci ilin maliyyə müsabiqəsində iştirak etmiş və “Azərbaycan Respublikasında dini ekstremizimlə qanunvericilik vasitəsilə mübarizə və milli-dini birlik barədə doktirinanın hazırlanması (din, cəmiyyət və qanun bir vəhdətdə)” adlı layihəsilə qalib olmuşdur.
Layihə çərçivəsində 17 oktyabr 2015-ci il tarixdə İsmayıllıda təlimlər keçirilmiş, Azərbaycanda Dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də müxtəlif dini təmayullərin Azərbaycan mühitində fəaliyyəti barədə toplantı iştirakçılarına məlumat verilmişdir.
Heydər Əliyev Mərkəzində reallaşan tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov açıb, sonra hüquq elmləri doktoru, professor Fəxrəddin Məmmədov, hüquq elmləri üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov Azərbaycanda dini etiqad azadlığı və qanunvericilikdə nəzərdə tutulmuş məsələlər barədə təlim iştirakçılarına ətraflı məlumat vermiş və məruzə ilə çıxış etmişlər. Azərbaycanda dini tolerantlıq, hüquq, siyasi və ictimai aspektlər, dinin insan həyatı və cəmiyyətdə rolu barədə tədbirə toplaşanlar məlumatlandırılmışlar.
Tədbir iştirakçılarından Şahzadə Bilalov, Rəşid Məmmədov çıxış edərək professor R.Məmmədova, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri S.Həsənova minnətdarlıqlarını ifadə etmişlər.
Sonda toplantı iştirakçılarına R.Məmmədov və S.Həsənovun tədbirin məzmununa uyğun kitabları paylanmışdır.

Keçidlər