Şriftin ölçüsü :

Saytın rəngi :

Ordudan tərxis olunan gənclərlə görüş

20 oktyabr 2015 | 15:00

Rayon İcra Hakimiyyətinin rəhbərliyi Heydər Əliyev Mərkəzində ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirib. Məqsəd isə gənclərin müstəqil həyatına istiqamət vermək, təhsillərinin davam etdirilməsi, peşə öyrənmələri və məşğulluqlarının artırılması üçün tədbirlər müəyyənləşdirmək olub.
Tədbirə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi  ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Hərbi xidmətə çağırış və səfərbərlik xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlovun, İkinci Dünya müharibəsi veteranlarının, Qarabağ müharibəsi əlillərinin, hüquq mühafizə orqanlarının, gənclər və idman idarəsinin, məşğulluq xidmətinin, istehsal müəssisələri rəhbərlərinin, iş adamlarının, təhsil işçilərinin iştirak etdiyi tədbir məzmunu, işgüzarlığı, konkretliyi və rayonda ilkinliyi ilə seçilib.
Xamis Bədəlov, ordu sıralarında nümunəvi xidmət edib, tərxis olunan Firqət Seyidli, İkinci Dünya müharibəsi veteranı Niyaz Ağayev, Qarabağ müharibəsi əlili Kamil Dadaşov, rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov və başqaları çıxış ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov Prezident İlham Əliyev cənablarının ordu quruculuğunun və gənclər siyasətinin ən yüksək nəticələr verdiyindən,gənclərin davamlı təhsili və peşə öyrənməsi, məşğulluğunun artırılması üçün həyata keçirdiyi proqram xarakterli tədbirlərdən danışıb. Qeyd edib ki,  gənclərimizin orduya gedən zaman onlara necə diqqət yetirilirsə, qayıtdıqdan sonra ondan da çox qayğı görürlər. Burada iştirak edən gənclərin çoxu kəndlərdə yaşayır, özlərinin, ailələrinin torpaqları var. Fermer təsərrüfatı yaratmaq, təsərrüfatı idarə etməyi öyrənmək üçün yeni təsis olunmuş “Gənc təsərrüfatçılar məktəbi”nin müdavimi olmaq lazımdır. Rayon Təhsil şöbəsi, rayon Gənclər və İdman idarəsi, Peşə Tədris Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci vətən qarşısında borcunu ləyaqətlə verib, yurduna qayıdan gənclərin təhsillərinin davamı və peşə öyrənmə yönümünü öyrənməli, təhsil sisteminin bazasında pulsuz hazırlıq kursları təşkil etməlidirlər.
Mirdaməd Sadıqov gənclərin mənəvi, əxlaqi və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin yüksəldilməsi yollarından da danışıb. Onu da bildirib ki, Rayon Məşğulluq Mərkəzi 179 boş iş yeri ilə gənclərlə görüşə gəlib. Tədbirdən sonra təklif edilən iş yerləri ilə maraqlanıb, uyğun istiqamətləri götürmək məsləhətdir.
Tədbirin sonunda Mərkəzin foyesində vətənpərvərlik və hərbi mövzuda konsert olub.

Keçidlər