Şriftin ölçüsü :

Saytın rəngi :

Statistika günü qeyd olunub

20 oktyabr 2015 | 15:00
Oktyabr ayının 20-də İsmayıllı Rayon Statistika İdarəsinin əməkdaşları peşə bayramlarını - Ümumdünya Statistika Gününü qeyd ediblər. Tədbirin iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər güllər qoyublar.
Tədbirin Heydər Əliyev Mərkəzində davam edən rəsmi hissəsində rayon Statistika İdarəsinin rəisi Əziz Əzizov çıxış edib. O bildirib ki, Birləşmiş Millətlər Assambleyası 2015-ci il 20 oktyabr gününü “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında ikinci Ümumdünya Statistika Günü elan etməyi qərara alıb. Qəbul olunmuş qətnamədə deyilir ki, Ümumdünya Statistika Günü oktyabrın 20-də hər beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010-cu ildə keçirilib. Bu gün bütün dünya ölkələrində, BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə stasistika təsisatının 95 yaşı tamam olur.
Ə.Əzizov həm də Azərbaycan statistikasının tarixi, bugünü və gələcək inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasına və 2015-ci ilin 9 ayında idarənin fəaliyyətinə dair geniş məlumat verib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahin Hüseynov tədbirdə iştirak edib və RİH başçısının təşəkkürnaməsini və bayram təbriklərini kollektivə çatdırıb.
Kollektivin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Dövlət İdarələri və Qulluqçuları Həmkarlar Komitəsinin İsmayıllı rayon bölməsinin sədri Zahid Əkbərovun iştirakı ilə tədbir Statistika İdarəsində davam etdirilib. Burada işçilərin sosial qayğılarından söz açılıb. Peşə bayramı münasibəti ilə əməkdaşların hamısına Fəxri fərmanlar və pul mükafatları təqdim olunub. Kollektivin çay süfrəsi kənarında keçirdiyi bayram dəqiqələri onları işlərində daha məsuliyyətli olmağa sövq edib.
Keçidlər