Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaq hüquqları aylığı"

24 oktyabr 2015 | 15:00

24 oktyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 1 saylı tam orta məktəbin akt zalında "Uşaq hüquqları aylığı" çərçivəsində hüquqi maarifləndirmə seminarı keçirilmişdir. Maarifləndirmə seminarını RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov apardı. Tədbirdə hüquq sahəsində müxtəlif mövzulara toxunuldu. Əsas etibarilə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarına seminarda geniş yer verildi. Zərərli vərdişlər, narkomaniya, erkən nikah və bu kimi digər spesifik mövzulara da toxunan X.Abbasov sonda şagirdlərin suallarını cavablandırdı.

Keçidlər