Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə səs verən gənclərlə tədbir

27 oktyabr 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənlər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Inkişaf Mərkəzi ” İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” layihəsi çərçivəsində 26 oktyabr 2015-ci il tarixdə Peşə Tədris Mərkəzində  maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, PTM-nin müəllim və  tələbələri  iştirak ediblər. Mərkəzinin direktoru Zaur Muradov iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb.
Ekspert Fərruxa  Pəncəliyeva layihənin məqsədi və əhəmiyyəti barədə iştirakçıları ətraflı məlumatlandırıb. Bildirib ki, əsas məqsəd ilk dəfə səs verən gənclərdə fəal vətəndaş mövqeyi, seçki prosesinə maraq formalaşdırmaq və gənc seçicilərin elektoral fəallığını artırmaqdır. İştirakçılara maarifləndirmə bukleti, liflət paylanıb.

Keçidlər