Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Regional Miqrasiya Xidməti İsmayıllıda maarifləndirmə tədbiri keçirib

29 aprel 2022 | 09:58

İsmayıllı Rayon İcra Hakimiyyətində Ağsu Regional Miqrasiya Xidməti tərəfindən “Ölkə ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin inzibati məsuliyyəti, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf mərhələləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısının birinci müavini Mahmud Süleymanov, Ağsu Regional Miqrasiya İdarəsinin rəis müavini Faiq Məmmədov və əməkdaşları, RİH-nin məsul əməkdaşları, kənd İƏD üzrə nümayəndələr, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Xidmətin fəaliyyət istiqamətləri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində hüquq və vəzifələri, qeydiyyat qaydaları, müvəqqəti olma müddətinin uzadılması, qanunsuz yaşayan şəxslərin leqallaşdırılması istiqamətində müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər