Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Ağsu və İsmayıllı rayonlarından olan sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbuldan öncə Bahar Muradova və rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Qəbula gələnlər əsasən əlilliyi olan uşaqların müalicəsi, boşanmaların yaratdığı problemlər, uşaq hüquqlarının müdafiəsi, alimentin ödənilməsi, mərkəz xidmətlərindən isdifadə və sair barədə müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmağa ehtiyac olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb və operativ həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar yaradılan şəraitə və göstərilən qayğıya görə razılıqlarını bildiriblər.