Ailədaxili mübahisələrin həlli sahəsində mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi məqsədilə görüş keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və İsmayıllı 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən görüşdə ailə münasibətlərində yaranan mübahisələrin daha səmərəli, operativ və dinc yolla həllinə xidmət edən mediasiya mexanizmlərinin üstünlükləri müzakirə olunub. İştirakçılar bildiriblər ki, mediasiya ailə daxilində qarşıdurmaların böyüməsinin qarşısını almaq, tərəflər arasında qarşılıqlı anlaşmanı gücləndirmək və uzunmüddətli həll yolu tapmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, ailədaxili mübahisələrin həllində mediasiyanın tətbiqi həm sosial rifahı, həm də cəmiyyətin ümumi psixoloji sağlamlığını müsbət təsirləndirir.
Görüşdə həmçinin mediasiyanın təbliği, barışıq sazişinin hüquqi qüvvəsi, mübahisələrin məhkəmədən kənar həlli yolları və bu kimi digər mövzular müzakirə olunub.






