Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
İsmayıllıda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən abituryentlərlə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, DŞRTİ- nin müdiri səlahiyyətlərini icra edən Həmid Qasımov, RİH-nin məsul işçiləri, test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.
Uşaq bağçalarının fidanları gül dəstələri ilə tələbə adını qazanmış məzunları təbrik ediblər.
Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükurla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bütün məzunları təbrik edib, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı hesabına təhsil sahəsində görülən işlər, qarşıya qoyulan məqsədlər, həyata keçirilən ardıcıl və davamlı tədbirlərdən, Azərbaycanda, o cümlədən rayonumuzda son illərdə elmin və təhsilin inkişafında qazanılan uğurlardan danışıb.
Rayon rəhbəri qeyd edib ki, 2023-2024-cü tədris ilinin tam orta təhsil üzrə məzunlarından 30 nəfəri 600-dən yüksək bal toplayıb və bu olduqca qürurvericidir.
Digər çıxış edənlər də tələbə adını qazanmış bütün abituriyentləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Daha sonra ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlara Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub.
Sonda xatirə şəkilləri çəkilib.