Şriftin ölçüsü :

Saytın rəngi :

“Anama salam deyərsiniz” kitabının təqdimat mərasimi keçirilib.

11 oktyabr 2026 | 14:53

Oktyabrın 9-da İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlı Şirvan Regional Mədəniyyət İdarəsinin və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı-publisist Gözəl Məmmədovanın Şəhid Dəmirov Vüsalın əziz xatirəsinə həsr etdiyi “Anama salam deyərsiniz” adlı kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi şəhidlərimizin qəhrəmanlıq yoluna ehtiramın, onların xatirəsinin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına verilən dəyərin ifadəsi olub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Veteranlar Şurasının sədri, Mədəniyyət Mərkəzinin əməkdaşları, 1 nömrəli  məktəbinin kollektivi, 1 saylı uşaq bağçasının kollektivi, , şəhid ailələrinin üzvləri iştirak ediblər.

Çıxış edənlər kitabın mənəvi əhəmiyyətindən, şəhidlərimizin həyat və döyüş yolunun unudulmamasından, onların xatirəsinin daim yaşadılmasının vacibliyindən danışıblar.

Şəhid ailələri adından polkovnik-leytenant Ruslan Tağıyevin atası Fuad ata, eləcə də şəhid anası Nüşabə ana çıxış edərək duyğu və düşüncələrini bölüşüblər. Səmimi çıxışlar tədbir iştirakçılarına kövrək anlar yaşadıb.

Tədbirdə Niyal instrumental ansamblının solistləri Tərəqqi medallı, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva, İntiqam İbrahimov, Şanel Mustafayev və Ceyhun Həşimovun ifasında vətənpərvərlik mövzusunda ifalar səsləndirilmişdir.

“Anama salam deyərsiniz” kitabı şəhidlərimizin unudulmaz xatirəsinə ehtiramın, Vətən sevgisinin və şəhid analarının qəlbində yaşayan sonsuz həsrətin ifadəsidir.

Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillərə örnək olacaqdır!

Keçidlər