Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidinin anım günüdür

09 aprel 2025 | 11:08

Bu gün Aprel döyüşləri şəhidi Mikayıl Vahabzadənin anım günüdür. Bu münasibətlə  İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, kənd nümayəndələri və gənclər şəhidin ailəsi ilə birlikdə Mikayılın Maçaxı kəndindəki məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə qərənfillər düzülüb, ruhuna dualar oxunub, ailəyə səbr, dözüm diləyib, başsağlığı veriblər. Tədbir iştirakçıları şəhidin böyüyüb boya-başa çatdığı evdə olub, onun ev muzeyinə baxış keçiriblər.

Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik şeirləri səsləndiriblər.

Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət etsin!

Keçidlər