Şriftin ölçüsü :

Saytın rəngi :

Argentina-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi İsmayıllıda rəsmi səfərdə olub

06 dekabr 2023 | 09:40

Argentina-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi, səfirin müavini Viktor Marzari, səfirliyin siyasi və iqtisadi şöbəsinin əməkdaşı, tərcüməçi Ülkər Həsənova iqtisadi və ticari sahələrdə ikitərəfli əməkdaşlıq və mübadilə imkanlarını təşviq etmək, həmçinin özəl kənd təsərrüfatı və sənaye istehsalat müəssisələrinə baxış keçirmək məqsədilə İsmayıllıda rəsmi səfərdə olub.

Son dərəcə səmimi və mehriban şəraitdə keçən görüşdə səmərəli danışıqlar aparılıb. Xanım Marianxeles Belluşiyə İsmayıllı rayonu haqqında məlumat verilərək rayonun bir sıra görməli yerləri ilə tanış edilib və sonda ona İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Keçidlər