Azərbaycan Milli Mətbuatının 150 illiyi
22 iyul 2025 | 12:42
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 150 il keçir. Ölkəmizdə ilk mətbu orqanın əsası görkəmli ziyalımız Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 1875-ci ilin 22 iyul tarixində “Əkinçi” qəzeti nəşrə başlamışdır. Bu tarixi gün sonradan Milli Mətbuat Günü kimi qeyd edilməyə başlanmışdır.
Bu əlamətdar gün münasibətilə bütün mətbuat işçilərini ürəkdən təbrik edir, ölkəmizin inkişafına və ictimai fikir formalaşmasına verdikləri dəyərli töhfələrə görə minnətdarlığımızı bildiririk. Qələminizin daim güclü, sözünüzün isə təsirli olmasını arzulayırıq!






