Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən 2021-ci ilin noyabr ayında açılışı həyata keçirilmiş İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin müasir binasında aprelin 25-də növbəti əlamətdar tədbir baş tutub

25 aprel 2026 | 14:06

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva Mərkəzin qonağı olub. Səfər çərçivəsində qonağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat təqdim edilib.

Leyla Əliyeva Mərkəzdə göstərilən xidmətlərlə yaxından tanış olub, xidmətlərdən yararlanan uşaqların valideynləri üçün təşkil olunan təlim prosesini izləyib. O, həmçinin aktiv terapiya, sensor inteqrasiya və psixoloji xidmətlər istiqamətində fəaliyyət göstərən əməkdaşlarla fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Komitənin layihəsi olan Uşaq Səfirlər Məclisinin (USM) İsmayıllı rayonu üzrə nümayəndələrinin bir qrupu ilə də görüş keçirilib. Görüş zamanı nümayəndələr həyata keçirilən layihələr və görülən işlər barədə təqdimatla çıxış edərək, gənclər üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda Leyla Əliyeva tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim olunub. Səmimi və işgüzar şəraitdə keçən görüş iştirakçılarda xoş təəssüratlar yaradıb.

Keçidlər