Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin növbəti Konfransı keçirilib
23 fevral 2024- cü il tarixində ATİAHİ İsmayıllı Rayon Komitəsinin növbəti Seçki Konfransı keçirilib.
Konfransda ATİAHİ-nin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin İsmayıllı Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı YAP Təşkilatının sədri Zaur Muradov, RİH- nin nümayəndəsi Nəsimi Teymurov və ATİAHİ İsmayıllı Komitəsinin fəalları iştirak edib.
Konfransda son 5 ildə komitə tərəfindən görülmüş işlər müzakirə edilib, hessbat məruzələri və çıxışlar dinlənilib.
Sonra təhsil işçilərinin gündəmdə olan sosial-iqtisadi məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırılıb və onların həlli ilə bağlı aidiyyatı qurumlara və orqanlara xahiş və tələblər ünvanlanıb. Xüsusi olaraq şəhid ailələrindən olan təhsil işçilərinin, qazilərin diqqətdə saxlanılması yerli Hİ sədrlərinə tapşırılıb.
Gənc təhsil işçilərinin məişət problemlərinin həllinə qayğının artırılması ilə bağlı RİH və bələdiyyə orqanlarının köməyinə ehtiyac olduğu nəzərə çatdırılıb.
Sonda ATİAHİ İsmayıllı rayon Həmkarlar İttifaqının 2019- 2024- cü illərdəki işi "kafi" qiymətləndirilərək müvafiq qərarlar verilib.
ATİAHİ İsmayıllı komitəsinin sədri H.Kərimovun növbəti dəfə sədr seçilməsi Hİ fəalları tərəfindən yekdilliklə qəbul edilib.
Konfransdan xatirə şəkilləri çəkilib.