Azərbaycan uşaqlarının VI Ümumrespublika Forumunda İsmayıllı rayonunu təmsil edəcək uşaqlara iştirakçı vərəqələri təqdim edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan uşaqlarının VI Ümumrespublika Forumunda İsmayıllı rayonunu təmsil edəcək uşaqlara Rayon İcra Hakimiyyətinin inzibati binasında iştirakçı vərəqələri təqdim edilib.
Forumda rayonumuzu 2 saylı tam orta məktəbin XI sinif şagirdi Hüseynli Mələk Faiq qızı, Lahıc qəsəbə tam orta məktəbin XI sinif şagirdi Ağabalayeva Leyla Samir qızı, Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi Abbasova Zeynəb Faiq qızı təmsil edəcəklər.
Şagirdlərimiz forum zamanı yeddi mövzu üzrə qruplaşacaq müzakirələrə qatılacaq və maraqlı təkliflərlə çıxış edəcəklər.
Şagirdlərimizə uğurlar arzu edirik!