Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası İsmayıllı rayonunun Qoşakənd kəndində baş tutub.

20 iyul 2023 | 16:37

Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Osman Beybudov, Ağsu Regional Qaz İstismarı İdarəsi İsmayıllı Xidmət Sahəsinin rəisi Qurban Mehdiyev və Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahin Hüseynov iştirak edərək sakinlərin qayğıları ilə maraqlanıblar.

“Səyyar qəbul otağı”na üz tutan vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək öz problem və təkliflərini səsləndiriblər. Aksiyaya qatılan 15-ə yaxın sakindən 12-si mikrofon önünə keçib. Aksiya iştirakçıları qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması və küçə qaz xəttinin çəkilməsi kimi məsələlərlə bağlı müraciətlərini ünvanlayıblar.

Səsləndirilən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydiyyata alınıb.

Keçidlər