Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev İsmayıllıda vətəndaşları qəbul edib

26 sentyabr 2026 | 15:55

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin sentyabr ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev İsmayıllı rayonunda İsmayıllı, Ağsu və Qəbələ rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

İsmayıllı rayonunda keçirilən qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər