Şriftin ölçüsü :

Saytın rəngi :

Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ravkov Andrey Alekseyeviç İsmayıllı rayonuna səfər edib

09 aprel 2024 | 20:20

Belarus və Azərbaycan regionlararası əməkdaşlığın genişləndirilməsi məqsədilə Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ravkov Andrey Alekseyeviç, səfirin müşaviri Zubriçkaya Tatyana Nikolayevna, birinci katibi Polyaçok Anastasiya Alekseyevna İsmayıllı rayonuna səfər edib.

Son dərəcə səmimi və mehriban şəraitdə keçən görüşdə səmərəli danışıqlar aparılıb. Görüş çərçivəsində nümayəndə heyəti İsmayıllı Qarabağ qəsəbəsinə baxış keçirib,  “Xoşbəxt-X” MMC kiçik xalçaçılıq müəssisəsi ilə tanış olublar.

Sonda səfirə  İsmayıllı rayonu adından xatirə hədiyyəsi təqdim edilib.

Keçidlər