Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar rayonumuzda fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunmuşdur

19 may 2023 | 14:33

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə rayonumuzda fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunmuşdur.

Vətəndaşlarımız və rayonumuzun qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə ediblər.

Qeyd edək ki, müxtəlif yaş kateqoriyasından olan minlərlə qonaq həm zəngin mədəni və tarixi irsimizi tərənnüm edən muzey kolleksiyaları ilə tanış olmuş, həm də muzeylər tərəfindən təşkil olunan müxtəlif sərgi və konsert proqramlarında iştirak edib.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Hər il müxtəlif mövzulara həsr olunan bu gün cari ildə “Muzeylərin gücü” devizi altında keçirilib.

Keçidlər