Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı”nın II mərhələsi uğurla başa çatıb
12 may 2026 | 16:57
Velosipedçilər “Sea Breeze”dən start götürərək İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər. Çətin profili ilə seçilən mərhələ 3 dağ yoxuşu və 2 sprint təsnifatını əhatə edib.
Mərhələnin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. İtaliyanın “Solution Tech NIPPO Rali” pro-kontinental klubunun üzvü Aleksandr Balmer ikinci, İspaniyanın “Burgos Burpellet BH” komandasının təmsilçisi Erik Antonio Faqundes isə üçüncü yeri tutub.
Qalibləri təbrik edir, bütün iştirakçılara növbəti mərhələlərdə uğurlar arzulayırıq!






