Birinci Qarabağ müharibəsi şəhidi Cəlal Rüstəmovun xatirəsi yad edilib
09 aprel 2025 | 11:08
Bu gün Birinci Qarabağ müharibəsində itkin düşən və 32 ildən sonra İsmayıllı Şəhidlər Xiyabanında dəfn edilən şəhidimiz Rüstəmov Cəlal Əbdülhəkim oğlunun anadan olduğu gündür. Bu münasibətlə RİH-nin əməkdaşları, şəhid ailələri, idarə, müəssisə rəhbərləri şəhidin ailə üzvlərilə birgə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar ediblər.
Allah rəhmət etsin!