Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi Revomir Bəşirovun şəhadətə ucalmağından 30 il ötür

22 may 2024 | 14:52

İsmayıllı rayonu Aşıqbayramlı kəndində dünyaya göz açan, Ağdamın Sey - Sulan kəndi uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşan Revomir Bəşirovun ölümündən 30 il ötür. Bu münasibətlə şəhidin məzun olduğu Aşıqbayramlı kənd tam orta məktəbində tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayonu İcra Hakimiyyətinin nümayəndələri, YAP İsmayıllı rayon təşkilatının sədri, şəhidin ailə üzvləri, şəhid ailələri iştirak edib.

Əvvəlcə şəhidin məzarı ziyarət edildib, ruhuna dualar oxunub.

Aşıqbayram kənd tam orta məktəbinin akt zalında davam edən tədbirdə çıxış edənlər Revomir Bəşirovun döyüş yolu haqqında məlumat verib, xatirələrini bölüşüblər.

Tədbir məktəbin şagird kollektivinin hazırladığı kompozisiya ilə davam edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər