Şriftin ölçüsü :

Saytın rəngi :

“Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib

08 may 2023 | 09:39

“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı 5 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Məktəblilər arasında I yerin qalibi İsmayıllı rayon M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbin 11-ci sinif şagirdi Çilənay Babalı seçilib.

Çilənay balamızı təbrik edirik. Qeyd edək ki, 30 mart - 25 aprel tarixində gənc yazarlar və məktəblilər arasında keçirilən “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə 50-dən çox rayondan və Naxçıvan MR-dan 175 yazı daxil olmuş və təqdim edilən məqalələrin Münsiflər Heyəti tərəfindən dəyərləndirilməsi nəticəsində qaliblər müəyyən edilmişdir.

Keçidlər