Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün İsmayıllı rayonunda kənd təsərrüfatının inkişafına dair geniş tərkibli görüş keçirilmişdir

03 iyun 2026 | 17:44

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı ilə bağlı keçirilmiş müşavirədə verilən tapşırıqların icrasını təmin etmək, eləcə də qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə fermerlər, sahibkarlar və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən əməkdaşlarla görüş təşkil olunmuşdur.

Görüşdə aqrar sektorun inkişaf perspektivləri, kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli və qənaətli istifadə, həmçinin fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri geniş şəkildə müzakirə olunmuşdur.

Bildirildi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, ölkədə kənd təsərrüfatının davamlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və regionların sosial-iqtisadi tərəqqisi istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

Görüş zamanı fermer və sahibkarların təklifləri dinlənilmiş, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılmışdır.

Tədbirin sonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran əsas vəzifələr müəyyənləşdirilmiş, iştirakçılara müvafiq tövsiyələr verilmişdir.

Keçidlər