Bu gün İsmayıllı rayonunda şəhər 4 nömrəli tam orta məktəbin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib
15 sentyabr 2023 | 12:21
Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi və məktəb kollektivi iştirak edib.
280 yerlik məktəb binasında 12 sinif otağı, fənn kabinetləri, fizika, kimya və biologiya laboratoriyaları, məktəbəqədər, hərbi hazırlıq, linqafon, informatika otaqları, kitabxana və oxu zalı, yeməkxana, akt və idman zalları yerləşir. Eləcə də, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.
Uğurlu təhsil ənənələri olan İsmayıllı şəhər 4 nömrəli tam orta məktəb 1993-cü ildən fəaliyyət göstərir.