Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün İsmayıllı rayonunun Hacıhətəmli kəndindən olan şəhid çavuş Qədim Xəlilovun ad günü məzarı yanında qeyd olunub

20 avqust 2023 | 20:27

Mərasimdə RİH-in məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri,şəhid ailələri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak edib. Əvvəlcə şəhidin Hacıhətəmli kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunulub.

Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar. Daha sonra şəhidin ev muzeyinə baxış keçirilib.

Xəlilov Qədim İlqar oğlu 2002-ci ilin avqust ayının 20-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. 2008-2019-cu illərdə Hacıhǝtəmli kənd tam orta məktəbində təhsil alıb. 2019-2020-ci illərdə İsmayıllı rayonu Peşə tədris Mərkəzində təhsil alıb.

2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşüb. 2022-ci ilin fevral ayında MAHHXHQ əsgər kursuna daxil olub. Kursu bitirdikdən sonra MAHHXHQ əsgər kimi xidmətinə davam edib. 2022-ci il sentyabrın 14-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Sentyabrın 15-də şəhid doğulduğu Hacıhətəmli kəndində dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Qədim Xəlilov ölümündən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər