Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 99 il ötür

10 may 2022 | 16:26

Bu münasibətilə İsmayıllı rayonunda tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti və şəhid ailələri iştirak edib.

Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə və filmə baxış keçirilib.

Tədbirdə Azərbaycanın müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, milli maraqlarımıza uyğun olaraq tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin hər zaman qürur hissi ilə xatırlandığı qeyd olunub. Ümummilli Liderin 20-ci əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən olduğu və illər keçsə də, onun ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərin heç zaman unudulmayacağı bildirilib.

Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinə medal və diplomlar təqdim edilib. Tədbir İsmayıllı Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə başa çatıb.

Keçidlər