Şriftin ölçüsü :

Saytın rəngi :

Bu dəfə rayonumuzun ən ucqar dağ kəndlərindən olan Brovdalda sakinlərlə görüş keçirilib

24 iyun 2022 | 11:43

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə iyun ayının 23-də Brovdal kəndində səyyar qəbul keçirib.

Qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon rəhbəri əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq İsmayıllı rayonunda görülən işlər barədə sakinlərə  məlumat verib. İcra Başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.

Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.

 

Keçidlər