DOST Agentliyi Rayon İcra Hakimiyyəti ilə birgə 15 Sentyabr Bilik Günü ilə əlaqədar “DOST Sevinci” layihəsini həyata keçirib
DOST Agentliyi Rayon İcra Hakimiyyəti ilə birgə 15 Sentyabr Bilik Günü ilə əlaqədar “DOST Sevinci” layihəsini həyata keçirib. Layihə çərçivəsində müxtəlif meyarlar nəzərə alınmaqla 5 məntəqədə-İsmayıllı rayonunun Lahıc, Kürdmaşı, Xanagah və Təzəkənd kənd orta məktəblərində, həmçinin ətraf kəndlərin uşaqları üçün İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində 276 ibtidai sinif şagirdlərinə məktəb çantaları və ləvazimatları təqdim edilib. Layihə “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilib.
Layihənin məqsədi ölkədə, xüsusilə dövlət qurumları arasında korporativ sosial məsuliyyətliliyin inkişaf etdirilməsi, əməkdaşların və könüllülərin ictimai-sosial məsuliyyətliliyinin artırılması, əməkdaşlar arasında komanda ruhunun yüksəldilməsi, işgüzar münasibətlərlə yanaşı dostluq və yoldaşlıq münasibətlərinin formalaşdırılması, rayon ictimaiyyətinə “DOST” konsepsiyası ilə bağlı ilkin məlumat verilməsi, eləcə də məktəbliləri, xüsusilə birinci sinifə başlayan uşaqları sevindirmək və onlara təhsilin önəmini aşılamaq olub.






