Şriftin ölçüsü :

Saytın rəngi :

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST Evi" filialında 8 noyabr – Zəfər Günü münasibəti ilə "44 günün dastanı" adlı tədbir keçirilib

08 noyabr 2025 | 10:47

İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və İsmayıllı Regional Turizm İdarəsi ilə birgə tədbir çərçivəsində infotur və konsert təşkil edilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı və İsmayıllı rayonlarında fəaliyyət göstərən yerli qurumları, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, Lahıc" və "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruqlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində qonaqlar "DOST Evi" filialının fəaliyyəti, təlimçi və benefisiarların əl işləri ilə tanış olublar.

 Sonra İsmayıllı rayon Mədəniyyət Mərkəzinin musiqi ansamblı və filialda təlimlərə cəlb olunmuş benefisiarların ifasında musiqi və şeir nömrələri təqdim edilib.

Keçidlər