Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İsmayıllı şəhərində vətəndaşları qəbul edib
Dekabrın 6-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İsmayıllı, Ağsu, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə ehtiram əlaməti olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
İsmayıllıya səfər çərçivəsində RİH başçısı Nahid Bağırov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə məhsuldar görüş keçirib.
İsmayıllı şəhərinin hazırlanmaqda olan yeni BaşPlan’ının layihəsi müzakirə edilib, küçə-yol şəbəkəsinin yenilənməsi, müasir şəhər mühitinin və memarlıq simasının formalaşdırılması mərhələləri dəqiqləşdirilib.
Qəbul zamanı vətəndaşların torpaq münasibətləri, tikinti üçün icazələrin alınması və obyektlərin istismara buraxılması ilə bağlı qaldırdıqları suallar cavablandırılıb, bu proseslərdə şəffaflığı və sürəti təmin etmək üçün Komitənin istifadəyə verdiyi Elektronİcazə sistemi haqqında vətəndaşlara məlumat verilib.