Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşları qəbul edib

10 avqust 2026 | 15:01

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 10 avqust 2026-cı il tarixində Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov İsmayıllı rayonunda İsmayıllı, Qəbələ, Oğuz, Ağsu və Şamaxı rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammaldan istifadə, məşğulluq və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər