Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq filialı tərəfindən İsmayıllı rayonunda əmək yarmarkası təşkil olunub
07 oktyabr 2023 | 11:48
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində təşkil olunan əmək yarmarkasında işaxtaranlara ümumilikdə 10 müəssisədən 45 vakant iş yeri təklif olunub.
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. İş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib, özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb.