Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov İsmayıllı şəhərində Vətəndaş Qəbulu keçirib

22 may 2023 | 16:08

Qəbulda İsmayıllı ilə yanaşı Ağsu sakinləri də iştirak ediblər.

20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılıb.

Vətəndaş qəbulları mütəmadi olaraq müxtəlif rayonlarda təşkil edilir və müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər.

Bunun üçün vətəndaşlar (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Keçidlər