Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialında sosial məşğulluğun dəstəklənməsi istiqamətində növbəti addım atılıb

15 avqust 2026 | 21:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialında sosial məşğulluğun dəstəklənməsi istiqamətində növbəti addım atılıb. Filialın ərazisində fəaliyyət göstərən kafe “Coffee Zone” brendi altında istifadəyə verilib.                      

Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Eyyub Musayev, Mərkəzin direktor müavini Mətanət Məmmədova, “Coffee Zone” kafesinin təsisçisi Fərid Ələskərov və şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, “Coffee Zone” ilə qurulan əməkdaşlıq çərçivəsində filialda fəaliyyət göstərən təlimçi və benefisiarlara, eləcə də sosial cəhətdən həssas qruplardan olan digər şəxslərə bir sıra güzəştli xidmət imkanları təqdim ediləcək. Bu birgə təşəbbüs onların cəmiyyətə inteqrasiyası, məşğulluğunun dəstəklənməsi və işprosesinə cəlb olunmasına töhfə verəcək.

Xatırladaq ki, 15 noyabr 2023-cü il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan İsmayıllı DOST Evi filialı bölgədə yaşayan həssas kateqoriyalara aid şəxslərin istedadlarını üzə çıxarmaqla, onların sosial adaptasiyası və bacarıqlarının peşə vərdişlərinə çevrilməsinə dəstək göstərir. 

Tədbirdə filialın fəaliyyəti vurğulanaraq, dövlət və özəl sektor əməkdaşlığının inklüziv cəmiyyətin təşviqindəki rolu yüksək qiymətləndirilib. Bu ilin fevral ayından İsmayıllıda fəaliyyətə başlayan “Coffee Zone” kafesinin filial ərazisində də eyni keyfiyyətlə bölgə sakinləri və qonaqlarına xidmət göstərəcəyi bildirilib. 

Tədbirdə müxtəlif dövlət və özəl qurumların təmsilçiləri, şəhid ailələrinin üzvləri, bir sıra blogerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları filialın fəaliyyəti, yaradıcılıq emalatxanalarında hazırlanan əl işləri və təlim prosesi ilə tanış olublar.

Keçidlər