Erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Prokurorluğu, Rayon Polis Şöbəsi, Sosial Xidmətlər Agentliyinin DŞRF və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə Rayon İcra hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin, inzibati orqan işçilərinin, bələdiyyə sədrlərinin, təhsil sektoru əməkdaşlarının, şagirdlərin iştirakı ilə erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər barədə sakinlərinin məlumatlandırılması istiqamətində maarifləndirici tədbir keçirib.
Tədbirdə erkən evlilik və qohum evliliklərinin cəmiyyətimizdə ciddi narahatlılıq yaratmasından, fəsadlarından, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskindən, nikahın bağlanmasına mane olan hallardan danışılıb, qanunvericiliyə "erkən evlilik" anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunmasından bəhs edilib.
Tədbirdə bu cür halların qarşısının alınması istiqamətində görülən işlərdə müxtəlif dövlət qurumlarının birgə əməkdaşlığının qurulmasından danışılıb.