Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah problemi və ona qarşı mübarizə yolları" adlı tədbir keçirilib

15 fevral 2024 | 17:20

15 fevral 2024-cü il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, mərkəzin direktoru Lətifə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, Rayon Ağsaqqallar şurasının sədri Valeh Salehov, Dağlıq Şirvan Regional Gənclər və idman İdarəsinin rəisi Taleh Salehov, RİH-in məsul əməkdaşı Bəhruz Xələfov, Polis əməkdaşı Rahim Orucov, Qafqaz Müsəlmanlar İdarəsinin İsmayıllı şəhəri üzrə səlahiyyətli nümayəndəsi Qaya Xalıqov, İsmayıllı şəhər məscidinin imamı Röya Balayev, Qadın Dini Ayinlərinin icraçısı Gülər Vəliyeva, İsmayıllı rayon Qeydiyyat şöbəsinin aparıcı mütəxəssisi Rəvayət Sərdarova, Dağlıq Şirvan Regional Təhsil idarəsinin İsmayıllı sektorunun nümayəndəsi Ülviyyə Zeynalova, rayonda fəaliyyət göstərən məscidlərin imamları və digərləri iştirak ediblər.

Ekspert qrupunun üzvləri, digər çıxış edənlər günün əsas mövzusu olan erkən nikah və qohum evliliklərinin səbəbləri,cəmiyyətə və insanlara mənfi təsirləri haqqında çıxış ediblər. Mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparan tədbir iştirakçıları birmənalı olaraq bu kimi halların qarşısının alınması və mübarizə yolları üçün orta məktəblərdə və digər təhsil müəssələrində maarifləndirici tədbirlərin daha geniş şəkildə keçirilməsinin vacibliyini vurğulayıblar.

Keçidlər