Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz İsmayıllı sakinləri!

24 noyabr 2025 | 11:54

Sizi doğma İsmayıllı rayonunun yaranması və şəhər günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı çatdırırıq.

Bu əlamətdar gün təkcə bölgəmizin yaranma tarixini deyil, həm də bu torpaqda yaşayan insanların zəhmətini, fədakarlığını və İsmayıllının bugünkü inkişafına verdiyi misilsiz töhfələri yada salır. İsmayıllı illər ərzində həm təbiəti, həm mədəni irsi, həm də çalışqan insanları ilə respublikamızın ən dinamik inkişaf edən bölgələrindən birinə çevrilmişdir.

Bu gün İsmayıllının müasir simasında kənd təsərrüfatı, turizm, sosial infrastrukturlar və abadlıq sahəsində görülən işlər xüsusi yer tutur. Dövlətimizin diqqət və qayğısı ilə rayonumuzda yeni yollar, məktəblər, sosial obyektlər istifadəyə verilir, ekoturizm imkanları genişləndirilir, şəhər və kəndlərimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bütün bu uğurlar İsmayıllıya daha rahat, daha müasir və daha yaşıl bir region kimi yeni çalarlar qazandırır.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rayonumuzda həyata keçirilən layihələr sürətlə genişlənir, sakinlərin rifahı yüksəlir, İsmayıllı özünün yeni inkişaf mərhələsinə qədəm qoyur.

Əminik ki, doğma rayonumuz bundan sonra da ölkəmizin sosial-iqtisadi həyatında önəmli rol oynayacaq, sakinlərimizin əməyi, səyi və vətənpərvərliyi sayəsində İsmayıllı daha da gözəlləşəcək, çiçəklənəcəkdir.

Əziz İsmayıllı sakinləri!

Bir daha hər birinizi İsmayıllının şəhər günü münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, rifah və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Şəhər gününüz mübarək, əziz İsmayıllılar!

Keçidlər