Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən bilik və bacarıqlarının artırılması məqsədilə metodiki toplantı keçirilmişdir
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən 11 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonunda mülki müdafiə sahəsində rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə metodiki toplantı keçirilmişdir.
Tədbirdə Fövqəlada Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin Mülkü Müdafiə İdarəsinin rəisi vəzifəsini icra edən mayor-Sarvan Əsədov, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin Mülkü Müdafiyə hazırlıq şöbəsinin rəis müavini kapitan-Fərid Sərkarov, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin Mülkü Müdafiyə hazırlıq şöbəsinin baş zabiti kapitan-Rəvan Mustafayev, İsmayıllı Rayon Mülki Müdafiə Qərargah rəisi-Nemət Abdurəhimov, Şimal-qərb Region Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru-daxili xidmət kapitanı Teymurlu Rövşən Zeynur oğlu, İsmayıllı RMXPHŞ həkimləri, 2, 5 və 6-cı sinif rəhbərləri iştirak etmişdir.
Şimal-qərb Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları tərəfindən ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinifləri üçün hazırladığı mülki müdafiə fənninin proqramı, məşğələ cədvəlləri, proqramda nəzərdə tutulmuş mövzular üzrə plan konspektlər və elektron tədris vəsaitləri müəllimlərə paylanmışdır.
Toplantıda əsas diqqət müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilmişdir. Müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə metodiki tövsiyələr verilmişdir.
Tədbir iştirakçılarına fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə maraqlı mühazirələr oxunmuşdur. Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, hava həyəcanı siqnalı şəraitində davranış haqqında verilmiş ətraflı məlumatlar da dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə quraşdırılmış proyektor və ekranlar vasitəsilə Fövqəladə Hallar Nazirliyinin yaranması, ölkə ərazisində baş vermiş subasma, yanğın və sürüşmələr zamanı insanların xilas edilməsində, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında nazirliyin müxtəlif struktur, bölmə və qurumlarının iştirakını əks etdirən videomateriallar, stend və digər əyani materiallar nümayiş etdirilmişdir. Şərh edilmiş mövzular ətrafında fəal diskussiyalar aparılmış və müəllim heyətinin çoxsaylı sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.