Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı İsmayıllı rayonu olub

14 iyul 2026 | 19:52

Səyyar Gənclər Xidməti 13-17 iyul tarixlərində İsmayıllı gəncləri üçün xidmət göstərəcək.

“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin İsmayıllıdakı açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev iştirak ediblər. Rəsmi çıxışlar zamanı gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, regionlarda onların bilik və bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyəti, eləcə də “Səyyar Gənclər Xidməti” layihəsinin bu istiqamətdə yaratdığı imkanlar vurğulanıb.

Tədbirin açılış hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar və iştirakçılar xidmətin fəaliyyət sahəsi ilə tanış olublar.

Keçidlər