Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Gəncə, Bərdə və Tərtər terrorunun qurbanlarını yad ediblər

27 oktyabr 2022 | 14:56

İsmayıllıda Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə və Tərtər şəhərlərində törədilmiş terror hadisələrinin qurbanlarını yad etmək məqsədilə “93 can” adlı fləşmob təşkil edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən fləşmobun məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərmək olub.

Keçidlər