Gənclər Daxili İşlər Nazirliyi sistemində təhsil və xidmət barədə məlumatlandırılıb
İsmayıllıda "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısı Nahid Bağırov, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, DİN-in Polis Akademiyasının əyani kursunun rəisi polis polkovnik-leytenantı Eldəniz Kazımov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, məktəb direktorları, valideynlər və rayonun ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.
Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Akademiyada gənclərimizin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.