Hacıhətəmli kəndində sakinlərin müraciətləri dinlənilib
RİH başçısı Nahid Bağırov hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun Hacıhətəmli kəndində səyyar qəbul keçirib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Görüşdən sonra Hacıhətəmli kəndindən olan şəhid Xəlilov Qədim İlqar oğlunun ailəsi ziyarət olunub.