Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev İli" çərçivəsində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" qeyd edilib

27 dekabr 2023 | 17:31

Ağdam rayon 30 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə İsmayıllı rayonunda "Heydər Əliyev ili" çərçivəsində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" qeyd edilib.

Tədbirdə İsmayıllı RİH başçısının müavini Eyyub Musayev, Ağdam RİH başçısının müavini Xəqani Nəzərov, idarə rəhbərləri, şəhid aillələri, qazilər, ictimaiyyət nümayəndələri, İsmayıllı rayon məktəbliləri, müəllim və şagirdlər iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları İsmayıllı rayon Şəhidlər Xiyabanını ziyarət edib, sonra Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədi Nəzərov qonaqları salamlayıb. Tədbirdə çıxış edən RİH başçısının müavini Eyyub Musayev tədbir iştirakçılarını "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni İl münasibətilə təbrik edib.

Ağdam RİH başçısının müavini Xəqani Nəzərov bayram təbriklərini çatdırıb. Sonra Ağdam rayonunda gedən yenidənqurma işlərindən danışaraq bildirib ki, Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri cənab Prezident İlham Əlyevin daim diqqət mərkəzindədir.

Tədbir Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi məktəbi və Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 nömrəli uşaq-müsiqi məktəblərinin xanəndələrinin ifasında musiqi nömrələri, İsmayıllı rayon məktəblilərinin rəqs nömrələri, şerlər və rəgarəng ifalarla davam edib.

Keçidlər