Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib

14 iyul 2023 | 17:23

İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH-nin məsul əməkdaşı və rayon mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edənlər 1969-cu il 14 iyul tarixinin Azərbaycanda yeni mərhələsində müstəsna özəlliyi olduğunu vurğulayaraq məhz həmin tarixdən başlayaraq respublikada bütün sahələrin köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyduğunu qeyd ediblər.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur.

Ümummilli lider həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin tarixin müstəsna rolu olduğu qeyd olunub.

Tədbirin sonunda “Əsrin adamı" adlı film nümayiş olunub.

Keçidlər