“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisə əməkdaşlarının iştirakı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə Azərbaycanın banisi Ulu öndər Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon MKS-nin direktoru Orxan Ağayev açaraq Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.
Kitabxananın əməkdaşları Azərbaycan dilinin yaranma tarixi və Azərbaycan dili haqqında Konstitusiya Aktının tətbiq olunması barədə geniş məlumatla çıxış ediblər.
Tədbirdə iştirak edən yazıçı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov anasının yazdığı əsərlərdə Azərbaycan dilinin təbliği məsələrinin öz əksini tağdığnı, bu sahədə göstərdiyi xidmətlərə görə daim Ulu öndər Heydər Əliyev tərəfindən yüksək qayğıla əhatə olunduğu qeyd edib. Eyni zamanda kitabxanaya yeni nəşr olunmuş kitablar hədiyyə edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov Azərbaycanı dilinə qarşı olan təziqlərdən söz açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbyacn dilinin dövlət dili elan edilməsi sahəsində misilsiz xidmətlərindən danışıb.