Hörmətli media nümayəndələri, dəyərli qələm sahibləri!
22 iyul 2026 | 11:30
Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Mətbuat cəmiyyətin etibarlı informasiya mənbəyi, ictimai rəyin formalaşmasında mühüm rol oynayan təsirli vasitədir. Dünyanın müxtəlif ölkələrində media fərqli şəraitdə fəaliyyət göstərsə də, onun əsas missiyası dəyişməz qalır – cəmiyyəti obyektiv, operativ və dürüst informasiya ilə təmin etmək.
Peşəkar fəaliyyəti, yüksək məsuliyyəti və fədakar əməyi ilə ictimaiyyətin düzgün məlumatlandırılmasına verdiyiniz töhfələrə görə hər birinizə təşəkkürümüzü bildiririk.
Bir daha sizi Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və tükənməz enerji arzulayırıq.
Milli Mətbuat Gününüz mübarək!






