Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmətli rus-molokan icmasının üzvləri!

20 aprel 2025 | 10:29

Sizi müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımızın birliyi, dövlətimizin tərəqqisi və cəmiyyətimizin rifahı naminə göstərdiyiniz fəaliyyətə görə təşəkkürümü bildirirəm.

Azərbaycanın ən multikultural bölgələrindən olan İsmayıllı rayonunda müxtəlif xalqlar və etnik qruplar uzun illərdir ki, dostluq və qarşılıqlı hörmət şəraitində birgə yaşayır, dəyərlərimizi bölüşərək ölkəmizin inkişafına töhfə verirlər.

Əziz həmvətənlər!

Sizin üçün böyük mənəvi əhəmiyyət daşıyan bu bayram günündə hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq və rayonumuza daim əmin-amanlıq arzulayıram.

Pasxa bayramınız mübarək olsun!

Keçidlər